![]() |
| 29 Mart 2011 - 09:37 |
Bizim zəlilərə münasibətimiz yəqin ki, az qala iyrənmək dərəcəsindədir: qara, sürüşkən, qurdabənzər və hələ üstəlik, qanla qidalanan varlıq! Halbuki tam insafsizcasina biz bu “ təbiət həkimləri”nin xətrinə dəyirik. Çünki bəzən onlar insanların elə orqanlarını sağaldırlar ki, həkimlərin özü belə bunu bacarmır.
Qeyd edək ki, zəli 1984-cü ildən “Qırmızı kitab”a daxil edilib. Ona təbii şəraitdə yalnız Rusiyanın cənubunda, Azərbaycanda, Ukraynada, Macarıstanda, İsraildə və Fransada rast gəlinir. Bir çoxların düşündüyünün əksinə olaraq, zəliləri su hövzələrindən tutmur, yalnız xüsusi biofabriklərdə (Rusiya, Ukrayna, Fransa) yetişdirirlər. Həmin fabriklərin sayı cəmi 4-dür və biri də Moskva vilayətində yerləşir. Beləcə, bütün tibb müəssisələri yoxlanılmış, sertifikatı olan və hər hansı xəstəliklərdən xalı zəlilərlə təmin edirlər. Qeyd edək ki, zəlinin faydası hələ ki, elmi baxımdan 30 faiz əsaslandırılıb. Alimlər zəlidə 10 ədəd göz, üst çənədən ibarət sorucu ağız və 270 diş müəyyən ediblər. Insanı o dişləmir, əksinə, dərini cəmi 1,5 mm dərinlikdən “mişarlayıb” deşir. Özü də diş yerini o özü axtarıb müəyyən edir. Bu, bioloji aktiv (iynəterapiya) nöqtələridir. Proses ağrısızdır. Çünki zəli qana həm ağrıkəsici maddə buraxır, həm də dişlək yerinin ətrafını qanın laxtalanmasına mane olan maddələrlə isladır. Yaradan bir günədək qan axa bilər. Lakin bu, əsla qorxulu deyil.Zəlilər çox nadir hallarda – üç ayda bir dəfə qidalanırlar, daha doğrusu, qan sorurlar. Zəlinin 10 mədəciyi var. Qan sorarkən o, bu mədəcikləri hardasa 45 dəqiqə doldurur. Və bundan sonra 3 ay müddətində həmin qanı həzm edir. Bu mənada zəlini birdəfəlik şprislə müqaisə etmiş olarıq. Onun qidaya ehtiyacı olmur.
Zəli insan qanına öz ağız suyunu buraxır. Onun tərkibində 60-dan çox zülal komponentləri var ki, bu da zəlinin müalicəvi təsirini şərtləndirir. ənənəvi olaraq zəlini venoz genişlənmələr olan yerə qoyurlar. Zəlinin dişlədiyi yerdə damarlar genişləndiyi, bəzi yerlərdə isə daraldığından dərindəki orqanlardan “durğun” qanın qovulması təmin edilmiş olur. Məhz bu səbəbdən zəli ürək-damar, ginekoloji, qalxanvari vəz xəstəliklərində aterosklerozda, babasildə çox yaxşı kömək edir. Müalicə nəticəsində qan dövranı yaxşılaşır, toxumlar oksigenlə zənginləşir. Pasiyentin qan təzyiqi stabilləşir, hormonal fon və maddələr mübadiləsi bərpa olunur. Qeyd edək ki, ötən əsrdə Rusiyada elitar xanımlar bal ərəfəsində qulaqlarının ardına bir ədəd zəli verdirir və bundan sonra görkəmləri tam dəyişirmiş - gözlərdə parıltı yaranır, dəriləri hamar və zərif olur, daha cazibəli görkəm alırmışlar. Xanımlara sanki nəhəng güc gəlirmiş və onlar səhərə kimi rəqs edərmişlər. Bu xüsusda mütəxəssislər zəlinin təsirini narkotiklə müqaisə edirlər. Çünki zəli stresi götürür, özünə inamı artırır, şən ovqat yaradır. Prinsipal fərq isə odur ki, zəli müalicə, narkotik isə bədbəxt edir. Yəni tibbi zəli təkcə hansısa xəstəliyi sağaltmır, eyni zamanda orqanizmin tonusunu qaldırır, yuxunu və iştahı yaxşılaşdırır, habelə iltihabı prosesləri qan-damar xəstəliklərini “bələyindəcə” boğur. Nəhayət , orqanizmi cavanlaşdırır. Zəlinin ağız suyundakı hirudin hormonu orqanizm üçün həddən ziyadə faydalıdır. O qanı laxtalanmağa qoymur. (Anti –infarkt faktoru-T) . Ağız suyunun digər komponentləri olan destabilaza yerdə qalan komponentlərlə birgə trombları əridir. Ona görə də zəli tromboflebit, babasil kimi xəstəliklərdə ilk yardım vasitəsidir. Hirustazin və eqlinlər iltihab proseslərini tormozlayır, anti-septik təsir göstərir. Onların hesabına irinli-septiq xəstəliklər, postravmatik iltihablar, mədə-bağarsaq sistemi, qaraciyər, öd kisəsi və böyrək xəstəlikləri uğurla müalicə olunur.
Zəlinin ağız suyu həm də əla ağrıkəsicidir. Inanmaszınız, hərdən zəlidən təcili yardım kimi istifadə edilir. Onu dilin üstünə oturdurlar- yarımca saat ərzində ağrı keçir. Bu, nevrolgiya və miqrentlərdə çox gözəl kömək edir. Zəlilər indi hətta stomatoloq və aftolmoloqların da rəğbətini qazanıb. Yeri gəlmişkən, qlaukomanın effektiv müalicəsi, göz almasının travmatik zədəsini aradan qaldırmaq, zəlilərsiz ümumiyyətlə mümkün deyil.
Zəlidən qorxmağa dəyməz. Bəziləri elə düşünür ki, bu zaman çoxlu qan itirmək olar. Halbuki zəlinin qoyulduğu yerdən qan yox, onun boyadığı limfa çıxır. Limfanın uzun müddət (5-6 saat) axması nəticəsində ödəmi (şişkinliyi) olan orqan, xəstə normal hala gəlir. Zəli ən müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Bu zaman yeganə əks göstəriş qanın anadangəlmə laxtalanması - hemofiliyadır. Hamiləlik zamanı da onlardan istifadə arzuolunmazdır. Çox nadir hallarda fərdi dözümsüzlük halına rast gəlmək olar.
Zəlidən ürək-damar xəstəliklərində, o cümlədən stenokardiya və infarkt sonrası vəziyyətlərdə, nevroloji patologiyalar zamanı istifadə olunur. Həmçinin ginekoloji xəstəliklər - (xüsusilə də sonsuzluğa gətirən “spaykalar” zamanı) hirudoterapiya yaxşı effekt verir. Bura habelə qaraciyər, öd kisəsi, böyrəklər, sidik kisəsi, dalağın xəstəlikləri də əlavə oluna bilər. Zəlilər həmçinin prostatın, xüsusən də çox çətin sağalan çapıqlı prostatitin müalicəsində istifadə olunur. Ümumiyyətlə, zəlinin sevimli işi - müxtəlif növ iltihablardır. Müalicəni ən yaxşı ev şəraitində aparmaqdır. Lakin bu işi həkim-mütəxəssis aparmalıdır. Çünki zəlinin düzgün qoyulmaması çox vaxt müxtəlif fəsadlara gətirir və müsbət nəticə vermir. Orqanizmdə elə nöqtələt var ki, ona ümumiyyətlə zəli verilməz. Hirudoterapiya seansından öncə pasiyentlər çox vaxt belə bir səhvə yol verirlər: qoxulu yağlar və sabunla duş qəbul edirlər. Lakin kəskin iy hürkdürür. Ən yaxşı adi uşaq sabunudur. “ Qanaxmalar” dövründə isə duş qəbul etmək olar. Çünki zəli dişlədiyi yeri etibarlı şəkildə dezinfeksiya edir.
Hirudoterapiyadan qabaq xəstələr aşağıdakıları yadda saxlamalıdırlar:
Zəli qopduqdan sonra “qanaxma”nın müddəti 24-23 saat olur. “Qanaxma”nı hansısa sıx sarğı və digər vasitə ilə saxlamaq məsləhət görülmür. Çünki bu, ödemlər, dərinin qızarması və ağrılarla müşaiət olunan hiperarqik reaksiyalara gətirə bilər.
Yara ətrafında yüngülvari qızartı və şişkinlik 1-3 gün ərzində keçəcək, narahatlığa dəyməz.
Yaranı qaşımaq məsləhət görülmür, qaşınma zamanı onu spirt və ya yod məhlulu ilə silmək olar.
Hirudoterapiyanın tətbiq olunduğu digər sahələr:
Qlaukoma, vazomator, rinit, furunkullar, karbunkullar, hidrodenitlər, mastopatiyalar, cərrahi əməliyyat sonrası infitratlar, tromboflebit, hipertoniya, insul, baş-beyin zədələrinin nəticələri, onurğa sütununun asteoxondrozu, araxnoidit, baş ağrıları, baş hərlənməsi, qulaqlarda küy, prostat vəzin adeniması, prostatitlər, artritlər, qlossit, ürək-damar xəstəlikləri və s.






