![]() |
| 28 Mart 2011 - 17:25 |
Arı ilə müalicə hansı ənənələrə malikdir? Bu müalicə metodu Apiterapiya adlanır. Arı ilə müalicə ilə qədim dövrlərdən məşğul olublar. Arı və zəli ikisi bir yerdə dərman fabrikasıdır.
Bildiyiniz kimi Qurani- Kərimdə Arı sürəsi var. Keçmişdə müdriklər arının möcüzələri ilə bağlı fikirlər söyləyib. Arının həm sancmasından həm də məhsullarından. O cümlədən, vərəmundan, çiçək tozundan hazırladığı məhsuldan, ana arı südündən, zəhərindən, balından və s. Müalicə məqsədilə həmişə istifadə olunub. Arı ilə zəlinin müalicə etdiyi heç bir dərman preparatı müalicə edə bilmir. Ancaq dərmanların müalicə edə bilmədiyini arı ilə müalicə etmək olur. Arı ilə qabırğalararası nevralgiyada, üçlü sinir nevralgiyasında, fəqərə sütununun osteoxandrozunda, xroniki poliartritdə, ürək - damar xəstəliklərində, Andrologiyada, Urologiyada, Ginekologiyada, Pulmanologiyada, burun-boğaz xəstələiklərindən Endokronologiyada, oynaq hərəkat aparatı xəstəliklərinin müalicəsində, Dermotologiyada, Ankologiyada, Anemiyalarda, Virus Hipatitlərində effektiv müalicə vasitəsi kimi istifadə olunur. Bir sözlə, tükdən dırnağadək bütün xəstəlikləri arı və arı məhsulları ilə müalicə etmək olur. Hələ eramızdan əvvəl IV əsrdə Makedoniyalı İsgəndər Hindistanda vəfat etdiyi zaman onun meyitini Yunanıstanadək uzaq yolda xarab olma və iylənməkdən qorumaq üçün, bir müdrikin məsləhəti ilə təmiz balın içində aparıblar. Nəticədə meyit öz təzəliyini qətiyyən itirməyib. Yeri gəlmişkən balın xalis olduğunu öyrənmək üçün ətdən istifadə etmək mümkündür. Yəni ət tikəsini balın içərisində 1 həftə saxlayırsan.. Əgər ət təzə təravətli qalıbsa, deməli bal da təmiz, xalis baldır. Çox təəssüflər olsun ki, Azərbaycanda arıçılıqla qədimdən məşğul olunmasına baxmayaraq, arı ilə müalicə tibb elmində lazımi qədər öyrənilməyib. Hətta bəziləri dırnaqarası yanaşır. Kifayət qədər elmi araşdırmalar olmadığı üçün müvafiq ədəbiyyat da mövcud deyil. Rusiyada isə arı və arıçılıq elmi cəhətdən bizə nisbətən geniş öyrənilməkdədir. Milliyətcə tatar olan Xismatulin adlı araşdırmasının Rusiyada nəşr olunan çox gözəl Arı terapiya adlı kitabı var. Ümumiyyətlə, Rusiyada arı və arıçılığı öyrənən firma və müəssisələr o cümlədən Perm şəhərində institut var. Bu şəhərdə arı məhsullarından dərman preparatları da istehsal olunur. Qeyd edim ki, arı südündən, arı zəhərindən şamlar,
müalicə məqsədi ilə mazlar, iynələr, şamlar hazırlanır ki, bunlarda böyük effekt verir. Belə dərmanlar müxtəlif kanallarla Respublikamıza da gətirilir. Azərbaycanda arıçılıqla məşğul olan adamlar da və xalq təbabəti ilə müalicə edən bəzi loğmanlarda arı sancmasının effekti barədə təsəvvürlər var. Lakin heç kim onu tədqiq etməyib. Arı sancması ilə müalicə metodunun ölkədə təkcə mən tətbiq edirəm. Uzun illərdir bunu həm elmi-nəzəri, həm də təcrübə ilə dərindən öyrənmişəm. əvvəlcə Rusiyada və Türkiyədə təbii üsullarla müalicə üzrə təcrübə keçdim. İndi apardığım müalicələr konkret biliyə əsaslanır. Yəni hansı xəstəyə bu metodun müvafiq gəldiyini bilirəm. 5-6 ay öncədən başlayaraq “Farmed” klinikasının Təbii Üsullarla müalicə mərkəzini yaradıb başqa metodlarla yanaşı arı sancması ilə də müalicə edirəm. Nəticələr inanılmaz dərəcədə möcüzəlidir. Elə bu yaxınlarda revmatik poliartiritlə, əlləri ayaqları işləməz bir vəziyyətdə bir qadın mənə müraciət etdi. Onu sistemli şəkildə min arıya vurdurmaqla, gözlənilməz nəticə əldə etdim. Xəstənin əmək qabiliyyəti, əl-ayaq hərəkətləri bərpa olundu. Qadınlar mastopatiya – döşlərdə xoşxassəli şişlərlə əlaqədar kompleks keçirib, çox vaxt həkimə müraciət etmirlər. Bu xəstəliklə bağlı mənim xəstələrim olub. Məhz arı sancması ilə mükəmməl nəticə əldə etmişəm. Daha sonra babasil xəstəliyinin də müalicəsində çox müsbət nəticə əldə etdim.
Arı ilə hansı prosedurlarla müalicə aparırsınız?
Arı ilə müalicənin ən güclü növü arı sancması ilə aparılır. Çünki arı zəhəri xüsusilə qiymətli və əvəzedilməz dərmandır. Hətta xeyli sayda iynənin verdiyi xeyirdən arı sancması daha üstündür. Misal üçün, beli, ayağı tutulmuş, ürəyində güclü ağrı ilə gələn xəstənin təkcə bir arı sancması bizdə pristupu dayanıb, ağrı kəsib. Təmiz balla hazırlanan dərmanlarla müalicə metodu da mövcuddur. Xüsusi hazırlanmış bu məlhəmlərə mədə, onikibarmaq bağarsaq yarasını, qastriti, kaliti, eroziyaları yüz faiz müalicə etmək olur. Bədənin gücü bərpa olunur. Arı məhsullarından hazırlanan iynə və mazların çox güclü ağrı kəsici effekti var. Sevindirici haldır ki, arı ilə müalicə üsulunu başa düşən, qiymətləndirən adamlar günbəgün artır. Arı ilə müalicə zamanı azı 300 arı xəstəyə
vurulmalıdır.
Həkim, arıçılıqla məşğul olan adamları eləcə də başqalarını təsadüfən bal arısı sancır. Belə çıxır ki, bu adamlar müalicə olunur?
Bilirsiniz, müalicə işi sistematik və nizamlı prosedurla aparılır..müalicə hədəfə yönəldilir. O ki qaldı arı vuran adama, müşahidələr və təcrübə göstərir ki, arı vuran adamlar nadir qalır, qrip olmurlar. Belə adamlarda maddələr mübadiləsi fəal olur. Orqanizm qüvvəli olur. Fikir vermisinizsə arıçılıqla məşğul olanlar uzun ömürlü olur. Zahirən cavan görünüllər., özlərini gümrah hiss edirlər. Bütün bunlar arı sancmaları bal yeməklə mümkün olur. Bir çoxları arı sancmasından qorxur. Bəziləri arıdan ölüm halları olduğunu deyirlər. Arı sancması o zaman həyati təhlükə yaradır ki, arı kiminsə dilindən vursun və ona vaxtında tibbi müdaxilə olunmasın. Arının ümumiyyətlə əks göstəricisi yoxdur. Təbii ki, biz müalicə zamanı arı sancmasını proba ilə edirik. Arı sancmasından sonra sarımsaq yaxud soğan sürtürük ki, qaşınma və yüngül şişmə olmasın.






